Вы просматриваете: Главная >Архив для Sentyabr, 2019

YANĞILAR

Gün ömrü daşıyır, Can içində yaşıyır… Həyat acılarından Bizlə birgə üşüyür… 10.08.2019 Dil qılınctək kəsər də, Vaxt olar ki, küsər də. Alar ağıldan dərsi, Boy göstərər əsərdə… 21.08.2019 Ov-yev, bizi ovlamısan, Dilə tutub tovlamısan, Yox edib kimliyimizi, Dərəyə yuvarlamısan… 29.08.2019 Ümid özünə bağlı, Ürək közünə bağlı. Nə olur olsun, amma, Ömür yormasın ağlı… 29.08.2019

DÖRDLÜKLƏR

Nağıllar nağılı əvəz eyləyir, Artır gündən-günə həvəs eyləyir. Yapışır ürəkdən ümidlərimiz, Həyata həvəsçün nəfəs eyləyir… 27.04.2019   Həyat necə gözəldi, bunu duyanlar bilir, Diləklərin uğruna imza qoyanlar bilir. Ömür cana əmanət, sona qədər anlayıb onun dəqiqəsini barat sayanlar bilir… 04.05.2019   Ölümdən betərdi inamı qırmaq, Ağrılar içində könlü qovurmaq. Heç kəsin iç üzü bəlli deyildir, […]

BİZ NİYƏ TƏSLİMÇİ OLDUQ

Qarabağ ah deyir, Vətən oylanır, Naxçıvan uzaqdan dərdlə boylanır, Qüzeyli-Güneyli yurdlar vaylanır, Dərdi dəyər bilib aldıq, İlahi, Biz niyə təslimçi olduq, İlahi?! Söz oynu edirik işğalçılarla, Təslimə gedirik işğalçılarla, Bağrımız yüklənir bu acılarla, Bir-birin ilantək çaldıq, İlahi, Biz niyə təslimçi olduq, İlahi?! Qaçqinlar yerləşir daş qutulara, Enir təslim olan baş qutulara, Yurdunu dəyişir çaş qutulara, […]

   BU CAHANDA

             Allah, nə qədər üzləri gördüm bu cahanda, Ahla dolu gündüzləri gördüm bu cahanda.   Oldum necə də ömrə düşən günlərə aşiq, Qəlbi oxudan gözləri gördüm bu cahanda.   Aləmləri candan keçirib könlə buraxdım, Göydə yetişən izləri gördüm bu cahanda.   Haqqa ağ olub, şərə edən ömrünü qurban, Haqqa bükülən […]