Вы просматриваете: Главная >Архив для İyul, 2019

DÖRDLÜK

Hər kəsə ürəyin qapsı açılmaz, Bağlı qapısının sehri qaçılmaz. Həyata eşq ilə sev bünövrəsin, Nə qədər zəlzələ olsa uçulmaz! 09.07.2019

IKILIK

Ağıla gəlməyən dildən keçməyir, Ağıl işləməsə dil söz seçməyir… 08.07.2019

ÖMRƏ QISILIB QALMIŞAM

  Ömrə qısılıb qalmışam Yetən adamı daşlayır. Gündən asılı qalmışam, Gözümü həsrət yaşlayır.   Gün vurur ahım üstünə, Gələn sabahım üstünə, Allah, günahım üstünə, Ürək ağrını aşlayır…   Ürəyim necə ürəkdir?! Canıma, sanki, kələkdir, Könlü sovuran küləkdir, Girib sinəmdə qışlayır.   Səbrim qalmayıb nazına, Dönmüşəm sınıq sazına, Can buna necə qızına? Ağrısı candan başlayır… 06.07.2019

DÖRDLÜK

Ağılda iti ol, sözündə qəti, Ömrə pərçimlənmiş zaman sürəti. Yoxuşu-enişi çıxıb düşdükcə, Uğur unutdurur hər bir zilləti… 05.06.2019