Вы просматриваете: Главная >Архив для May 16th, 2019

DÖRDLÜK

İçində hey məni qışqıran kəsin, Heç kəs boğa bilməz həyat həvəsin. Taleylə oynadır ömür insanı… Duyanlar az olur xoş təranəsin… 17.05.2019

DÖRDLÜK

İnsan şər əlində hönkürür hər gün, Açılmır bəxtinə vurulan düyün… Bir çarə arayır haqqa yol açsın, Onunçün vurnuxur, yorulur beyin! 16.05.2019