Вы просматриваете: Главная >Архив для May, 2019

MƏNƏ BİR TƏSƏLLİ VER

Mənə bir təsəlli ver, Ayağımın altında qəfil titrəməsin yer. Ürəyimin içində yansın ümid şamları, Nurlara qərq eyləsin gündüzü, axşamları. Dərdimi yelə versin, Könlümdəki nəğməni sızlayan telə versin. Qəmin sinəsin gərsin, Yollarıma ağrımın payız xəzəlin sərsin. İçimdəki fırtına az da olsa səngisin, Qulağımdan sozaltsın əzabların cəngisin…   Mənə bir təsəlli ver, Görürsən ki getməyə nə yerim, […]

DÖRDLÜK

Ümid sınanda, insan gözdə yaşını udur, Özünü hislərinin təmasıyla aldadır. Tapınır röyaların verdiyi ip ucuna, Zənn edir xəyalları zəhər deyil, bal dadır… 30.05.2019

QÜRUR TARİXİMİZ…

  BAYRAĞIM Bir kərə yüksələn bayraq, bir daha enməz…  Məhəmməd Əmin Rəsulzadə Həsrət ilə xəyallarda alışdığım, yandığım, Gecə-gündüz min hicr ilə məhəbbətlə andığım, Vüsalını uyğularda cəfalarla sandığım, Fırtınalı nəhrlər tək coşub-daşan bayrağım, O əzablı tale ilə qardaşlaşan bayrağım. Başın üstən fəlakətlər əsib keçdi yel kimi, Qabarman da, çəkilmən də dağdan aşan sel kimi, Taleyin də […]

QÜRUR TARİXİMİZ….

  İSTİQLALIN SORAĞI   İstiqlalımızın Öndəri Məmməd Əmin Rəsulzadəyə…   Azərbaycan davasıyla gəzdin ölkəbəölkə, Hər cür ağrı-acılara dözdün ölkəbəölkə, Pak bağrını əzablarla üzdün ölkəbəölkə, İstiqlalı ürəyində yaşatdın, Məmməd Əmin, Qəlbdə şanlı heykəlini ucaltdın, Məmməd Əmin.   Ey millətin fədaisi, ey başı uca öndər, Köləliyə usyan dedin, düşdün yurddan dərbədər, Yaratdığın cumhüriyyət sanma ki, oldu hədər, […]