Вы просматриваете: Главная >Архив для Aprel, 2019

AY FORMULA

  Görürəm ki, vurulmusan Bakıya, Aşiq olub sarılmısan Bakıya. Oynu-moynu sırımısan Bakıya, Çək kefini doyunca, ay Formula, Xod gedirsən yamanca ay Formula.   İşğal altda torpağımız inləyir, Başdan düşən papağımız inləyir, Ağacımız, yarpağımız inləyir, Bu dərdləri sayınca, ay Formula, Xod gedirsən yamanca,  ay Formula.   Qaqaşları yığıdın yenə başına, Bax ölkəmin əsir o dam-daşına, İnsaf […]

DÖRDLÜK

Nağıllar nağılı əvəz eyləyir, Artır gündən-günə həvəs eyləyir. Yapışır ürəkdən ümidlərimiz, Həyata həvəsçün nəfəs eyləyir… 27.04.2019

APREL QARI

  Aprelin son on günündə, Çiçəklərə ələnən qar. Baharın toy-düyünündə, Yamaclara bələnən qar.   Dağda-daşda ağ  örtüyün, Sarınıb kol-kos üstünə. Güllər üstə nə itiyin? Şaxta durub yaz qəsdinə.   Xəzri ilə eşq edirsən, Üşüdürsən gül-çiçəyi. Al günəşlə məşq edirsən, Bağlamısan ağ ləçəyi…   Ağ mirvari dənəsisən, Günəşin sıx  kirpikində. Buludun nar danəsisən, Külək qaçır buz […]

ZƏHƏR VAR ALTINDA YAĞLI DİLLƏRİN

Hər kəsin könlünü sanma cana yar, Bağrının başını avarə qoyar. Didər nizəsiylə, könlünü oyar, Zənn etmə, içdikcə qanını, doyar, Qorxusu çox olur əsən yellərin, Zəhər var altında yağlı dillərin.   Üzünə güləndən qoru özünü, Gecə alıb udar al gündüzünü, Tufan ocağından udar közünü, Aşikar eyləmə ürək sözünü, Yağış aynasıdır axan sellərin, Zəhər var altında yağlı […]