Вы просматриваете: Главная >Архив рубрики ‘Şəkillər

DÖRDLÜK

Heç aşmaq olmayır ürək dağını, Çevirir həyatın xoş varağını. Əzəldən belədir dünyanın işi, Büdrədin saxlamır yer ayağını… 09.02.2017

DÖRDLÜKLƏR…

Doydura bilmirsən məmur qarnını, Soyub talayırlar hər gün varını. Vətən, insanların ac-yalavacdı, Səni yazıq edir yurdun harını! ** Daxili gözəllik üzdə görünür, İnsanın kimliyi sözdə görünür. Kirpitək qınına çəksəndə başı, Etdiyin əməllər düzdə görünür. 21.01.2017 Şirin Xanım Kərimbəyli Şadiman

DÖRDLÜKLƏR VƏ İKİLİKLƏR

*** Ağıldan keçəni dil deyə bilmir, Ömrün ağrıların il deyə bilmir… Əgər sevinmirsə qəlbin yiyəsi, Ürək sahibinə gül deyə bilmir. 07.11.2016 Ağrılar bədənə bir yalquzaqdı, Doğulan günündən ona duzaqdı. Vücud ki titrədi zəlzələ təki, Bilki payız gəlib, canda sazaqdı… 07.11.2016 ** Ümid qırıqlığı zəhərdən acı, Qəlbə fərəh vermək onun əlacı. İnsanın çəkdiyi hər əzab yükü, […]

Şirin Xanım Kərimbəyli Şadiman və həyat yoldaşı Əli Abdulla.