Ruhumu, könlümü təzələ, yağış, Çək qəlbin evinə yağmurdan naxış. Sən həyat çeşməsi, dirilik məlhəmi, Varlığına düşür hər saniyə alqış!… 10.03.2024
Həyatın acısın çəkənə yazıq, Ağrıdan, əzabdan tükənən, yazıq. Ah dünya içini silib, süprür, Onu ürəyinə bükənə yazıq!… 06.03.2024
Yandıracaq dağ-daşı, Yurdda hər vətəndaşı, Qurumaz gözüm yaşı, Xocalı qiyaməti. * Göylərdən qan ələyər, Min il keçsə qədd əyər, Dünyadan haqq diləyər, Xocalı qiyaməti. * Ölən bacı, qardaşdı, Yanan torpaqdı, daşdı, Min-min qanlı başdaşdı, Xocalı qiyaməti. * Sındı qolum, qanadım, Yandım, Allahım, yandım, Yağıya savaş andım, Xocalı qiyaməti. * Zülümü düzdə qoyan, Yalanın köksün oyan, […]
Etdiyin əməli min dəfə ölç-biç, Haqqa səcdə elə, Haqqın yolun seç. Kainat ruhunun məhək daşıdır, Qayıdar özünə işlətdiyin suç!… 15.02.2024