Вы просматриваете: Главная >Архив рубрики ‘Şeirlər

DÖRDLÜK

Yenə sms kəsir nəfəs, Edir bizə evi qəfəs. Nə vaxt bitər bu işgəncə, Yaşamağa qoymur həvəs… 16.12.2020

ZƏFƏRMİZƏ ŞÜBHƏ ETMƏ

  Zəfərmizə şübhə etmə, İçdə, çöldə olan düşmən. Dilindəki sözlər boşdur, Nə deyirsən yalan düşmən.   Ordumuz haqq davasında, Əyilməzlik havasında, Gəzmə özgə yuvasında, Gəzdin oldun talan düşmən.   Bu torpağa sən gəlmə-yad, Çıxarmısan yalançı ad, Yurdlarımız olub azad, Yolun üstə dalan düşmən.   Heç vaxt olmub yurdun-yuvan, Başdan getmir hiylə havan, Əsgərimiz tutdu divan, […]

TORPAĞA GÖMÜLÜB  

  Torpağa gömülüb şəhid qanları, Çöküb ruhumuza əziz canları.   Vicdanlar içindən boylanır baxır, Vaxtsız ölümləri yandırıb yaxır.   Qəhrəman doğulub anadan onlar, Vətənə sevdalı igid cavanlar.   Gedirlər xilasa yurdu, yuvanı, Qururlar yağıya qisas divanı!   Vətənin seçilmiş balalarıdı, Başı uca edən qalalarıdı.   Şərəf tarixini yazırlar onlar, Düşmənin məzarın qazırlar onlar.   Ya […]

AZƏRBAYCAN ƏSGƏRİ

  Nə xəbərdir bu səhər qulaqlarım eşitdi?! İçimdəki niskilim alıb başını getdi, Hönkürən diləklərim bu gün mərama yetdi, Can deyir sənə ürək, Azərbaycan əsgəri, Haqq savaşın mübarək, Azərbaycan əsgəri!   Eşitdim ki, yağının üstə şirtək gedirsən, İşğal altdan yurdları bir-bir azad edirsən, Qurd ürəkli əcdadın ruhunu yad edirsən, Köməyin olsun fələk, Azərbaycan əsgəri, Haqq savaşın […]